ETSN: Ağacların yanması ilə bağlı daxil olan şikayət araşdırılıb
    • 9-07-2021, 16:56
    • 689

ETSN: Ağacların yanması ilə bağlı daxil olan şikayət araşdırılıb

Binəqədi rayonu, Abay Kunanbayev küçəsində baş verən yanğın zamanı ağacların yanaraq məhv olması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

News24.az xəbər verir ki, Xidmətin rəsmisi Bəhruz Məhəmmədov araşdırma zamanı sözügedən ərazinin xüsusi mülkiyyətdə olduğu və yanğın zamanı 12 ayland ağacının yanaraq məhv olması nəticəsində təbiətə 2880 manat məbləğində ziyan dəydiyi müəyyən edildiyini bildirib:

“Faktla bağlı akt tərtib edilib və toplanmış sənədlər Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndərilib”.