DSMF-nun elan etdiyi müsabiqə başa çatdı
    • 10-07-2021, 13:04
    • 498

DSMF-nun elan etdiyi müsabiqə başa çatdı

Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhərində yerləşən struktur bölmələrindəki müvafiq vakant vəzifələrə işçi qəbulu üçün elan etdiyi müsabiqəyə sənəd qəbulu 09 iyul saat 24:00-də başa çatıb.

DSMF-dan News24.az-a verilən məlumata görə, müsabiqədə iştirak üçün müraciət etmiş namizədlərin ümumi sayı 2592 nəfər təşkil edib. Müsabiqənin birinci mərhələsi - test imtahanı iyulun 31-də keçiriləcək.
Bu gündən etibarən müraciət vərəqələri araşdırılmış namizədlərdən müvafiq tələblərə uyğun gələnlərə elektron bildiriş göndərilir. E-poçt və ya SMS vasitəsilə bildirişi alan namizədlər həmin bildirişdə göstərilən keçidi açmaqla imtahanda iştiraklarını təsdiq etməlidirlər.
Artıq məlumat verildiyi kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhərində yerləşən struktur bölmələrində aşağıdakı istiqamətlər üzrə işçilər tələb olunur:
➢ pensiya;
➢ sosial müavinətlər və təqaüdlər;
➢ ünvanlı dövlət sosial yardımı;
➢ sosial sığorta;
➢ maliyyə və mühasibatlıq;
➢ yazılı müraciətlərin araşdırılması.
İşə qəbul prosesi test imtahanı və müsahibədən ibarət olmaqla iki mərhələdə keçiriləcək.
Xatırladaq ki, imtahan nəticələri barədə məlumat e-sosial.az saytında yerləşdiriləcək.
Test imtahanını müvəffəqiyyətlə verən namizədlər müsahibə mərhələsinə buraxılacaqlar.