Amaliya Pənahova vəfat etdi
    • 8-11-2018, 09:59
    • 1 661

Amaliya Pənahova vəfat etdi

Amaliya Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olub. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirib.

1974-cü ildə Azərbaycan SSR əməkdar artisti1985-ci ildə isə Azərbaycan SSR xalq artisti fəxri adı verilmişdir.


1982-ci ildə ilin aktrisası elan edilmiş, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunmuşdur.


Prezident təqaüdçüsü olanAmaliya Pənahova,20002005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, sosial-siyasət daimi komissiyasının üzvü olub.


Ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz canlandıran A. Pənahova, 17 iyun2015-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilmişdir.


Amaliya Pənahova 8 noyabr 2018-ci ildə vəfat etmişdir.


Allah rəhmət eləsin!

News24.az xəbər verir ki, bu barədə əməkdar artist Hüsniyyə Mürvətova məlumat yayıb.