-
- 12-07-2021, 14:59
- 1 766
“Artilleriya atası” – 47 ilə sığan şərəfli həyat - İlqar Mirzəyevin ruhuna ithafən - VİDEO
Ən böyük arzusu Vətən müharibəsində iştirak etmək idi. İşğaldakı torpaqların azad edilməsini, sakinlərin dədə-baba yurdlarına qayıtmasını görməyi hər şeydən çox istəyirdi. Şuşaya bayraq sancmağı diləyirdi. Onu peşəsinə, məsləyinə bağlayan məhz bu istək, bu amal, bu məram idi.
Canını qurban verdiyi haqq savaşında Şuşaya bayraq sancmaq nəsibi olmasa da, əsgərləri onun arzusunu yerinə yetirdilər, köksünə basdığı bayrağı azad torpaqlarımızda dalğalandırdılar.
Aprel döyüşlərində düşmənə endirdiyi dəqiq və sarsıdıcı zərbələrdən sonra Milli Qəhrəman, polkovnik, 3-cü Ordu Korpusunun Artilleriya rəisi İlqar Mirzəyevə “artilleriyanın atası” deyirdilər. Döyüşlər zamanı yatmaz, mövqeləri gəzər, mərmiləri topa özü yükləyərdi.
Ailə üzvlərinə göstərdiyi qayğını əsgərlərindən də əsirgəməz, onlara “oğlum” deyə müraciət edərdi.
Elə bu səbəbdən də ailə üzvləri kimi əsgərləri də onun haqqında keçmiş zamanda danışmağı sevmirlər. Deyirlər üzügülər, səmimi İlqar Mirzəyev hər zaman işıqlı xatirəsi ilə yaddaşlarında yaşayacaq.
Milli Qəhrəmanın oğlu Elvin Mirzəyev də onun yoxluğu ilə barışmır: “Onun üçün elə çox darıxıram ki… Bunu sözlə anlatmaq mümkün deyil”.
Polkovnik oğlunun tək təsəllisi onun fotoları, atası haqda danışılan gözəl xatirələrdir. Bir də dərdləşmək üçün tez-tez baş çəkdiyi məzarı: “Atamın məzarındakı şəklinə baxanda elə bilirəm canlıdır, bizə gülümsəyir. Əslində isə sərt, soyuq mərmərdən boylanır. Onu mənə gülümsər göstərən ürəyimə həkk elədiyi sevgisi, birgə yaşadığımız gözəl xatirələridir. O hər zaman yaddaşımda belə gülümsər, mehriban qalacaq”.
Şəhadətindən 1 il keçib, amma Elvin Mirzəyev üçün o ağır günün ağrısı heç azalmayıb: “Sanki hər şey bir anda baş verdi. Bir ildə onu itirməyimizin ağrısı heç azalmadı. Onun şəhadəti ilə mənim üçün də çox şey dəyişdi. Düşüncəm, fikirlərim, arzularım, hətta üzümdəki cizgilər belə… Mən bu ifadəni bütün şəhid övladlarının üzündə də görürəm.
Mən aylarla onun zəngini gözlədim. Çünki hər axşam eyni saatda mənə zəng vururdu. Artıq o zənglər, yazışmalar, videodanışıqlar yoxdur. Yerində özləm, həsrət, üzüntü var. Bir də böyük, əzəmətli bir qürur. Atamın Azərbaycana sevgisi, ona qurban olacaq, şəhadətə yüksələcək qədər böyük bir fəxr…”
Tovuz döyüşləri Azərbaycan tarixinə şanlı qəhrəmanlıq səhifəsi kimi həkk olundu. Gözünü yummadan, ailəsini, övladlarını düşünmədən Vətən uğrunda canından keçən şəhidlərimizi heç vaxt unutmayacaq, unutdurmayacağıq!
Teymur Məmmədov
VİDEO: Fərid Şabanov, Hüseyn Həsənov