Şəhid xanımı:
    • 12-07-2021, 18:28
    • 744

Şəhid xanımı: "Vüqar, qalx, övladların gəlib" - Video - Foto

Bu gün Tovuz döyüşlərinin ildönümüdür.

News24.az xəbər verir ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən bir il ötür.

Belə ki, 2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Düşmən daha sonra mövqelərimizi iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmaqda davam edib.

Tovuz döyüşlərinin ilk günündə düşmən təxribatının qarşısı alınarkən, şəhidlik zirvəsinə yüksələn hərbi qulluqçularımızdan biri də çavuş Vüqar Sadıqovdur.


Bu gün Vətən savaşımızın qəhrəmanı şəhid Vüqar Sadıqovun Ağstafa rayonunda ildönümü ilə əlaqədar yaxınları məzarını ziyarət edib. 

Şəhidimizin xanımı Pünər Sadıqova saytımıza təəssüratlarını bölüşüb: “Zaman ötdükcə daha da çətinləşir. Yoxluğuna öyrəşə bilmirik. Uşaqlar məzarına getdikcə, atalarını başdaşında görüb, ağlayırlar. Övladlarım atalarının məzar daşına sarılanda, ömrümdən ömür gedir. Uşaqlarım deyir atamız bir gün də olsa evə gəlsin, bizi görsün. Bu cümlələri eşidəndə, dözə bilmirəm. Allah övladlarımın canını sağ eləsin, atalarının ruhu şad olsun. Hər dəfə məzarına gedəndə, deyirəm gəl uşaqlarını qarşıla, onları boynu bükük qoyma. Şəhidlik uca zirvədir. Hər insana nəsib olmur. Şəhid yoldaşı olduğum üçün fəxr edirəm. Allah hər bir şəhid ailəsinə dözüm versin”.

Allah rəhmət eləsin!