Tovuz döyüşləri şəhidi Elşad Məmmədovun abidəsi ucaldıldı - Fotolar
    • 13-07-2021, 11:46
    • 1 273

Tovuz döyüşləri şəhidi Elşad Məmmədovun abidəsi ucaldıldı - Fotolar

Bu gün Tovuz döyüşlərində şəhid olan baş əsgər Elşad Məmmədovun ölümündən 1 il ötür.

News24.az-ın Tovuza ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu gün şəhidin doğulduğu Tovuzun Ağdam kəndində evinin qarşısında onun xatirəsinə ucaldılan abidənin və bulağın açılışı olub. 

Açılışda Elşad Məmmədovun ailə üzvləri, icra nümayəndələri və hərbçilər iştirak edib.

Abidənin üzərində Tovuz döyüşlərində həlak olan şəhidlərimizin hər birinin fotosu yer alıb. 


Teymur Məmmədov 
Fərid Şabanov 
Tovuz, Ağdam kəndi