Qəzada ölən oğlunun məzar başında - Foto
    • 13-07-2021, 13:10
    • 461

Qəzada ölən oğlunun məzar başında - Foto

Müğənni İbrahim Borçalı 1 il bundan əvvəl qəzada həlak olan oğlu Rəhimlə bağlı sosial şəbəkədə paylaşım edib.

News24.az xəbər verir ki, instagram hesabında 20 yaşında dünyasını dəyişən oğlu ilə bağlı tez-tez xatirələrini bölüşən İ.Borçalı, bu dəfə övladının məzar daşının görüntüsünü yayıb və fotonu “ 20 iyul... Bir il necə də tez keçdi, elə bil, bir ay keçib...” cümləsiylə paylaşıb. 

Xatırladaq ki, İ. Borçalının oğlu ötən il Gürcüstanda avtomobil qəzasında dünyasını dəyişib. Rəhim Həsənov Türkiyədə təhsil alırdı.