Naziləni məhkəməyə verən Xoşqədəm qərardan razı qalmayıb
    • 8-11-2018, 14:40
    • 1 124

Naziləni məhkəməyə verən Xoşqədəm qərardan razı qalmayıb

Şairə Nazilə Səfərli və tele-aparıcı Xoşqədəm Hidayətqızının məhkəməsindən xəbər var. 

News24.Az-a danışan Nazilə xanım bildirib ki, onu məhkəməyə verən tərəfi insta-çıxışında təhqir etməməsi təstiq olunsa da şikayətçi tərəf bununla razılaşmayıb. Bu səbəbdən şairənin sözügedən çıxışı incələnməsi üçün yenidən ekspertizaya göndərilib. Onun söylədikləri hecalarla linqvstik təhlildən keçəcək. Bir ay sonra baş tutacaq növbəti məhkəmə prosesində nəticə bəlli olacaq.
Məlumdur ki, N. Səfərlinin adından Hidayətqızına ünvanlanmış heysiyyata toxunan cümlələri uydurub yazan tərəf yalnışını etiraf edərək, şairədən üzr istəmişdi. Buna baxmayaraq, X. Hidayətqızı inadkarlıqla məhkəməni qazanmağa çalışır.

Azər Nəsibov