Ünvanlı sosial yardımın ödəniləcəyi tarix açıqlandı
    • 15-07-2021, 10:36
    • 558

Ünvanlı sosial yardımın ödəniləcəyi tarix açıqlandı

İyul ayının 17-də ünvanlı dövlət sosial yardımının ödənilməsi nəzərdə tutulub.

News24.az xəbər verir ki, bu məlumatı Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti yayıb.

Xatırladaq ki, iyulun 17-də bütün müavinət, təqaüd və kompensasiyaların ödənilməsi də nəzərdə tutulub. İyulun 15-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşacaq. Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə iyul ayının pensiyaları isə iyulun 8-də ödənilib.