-
- 15-07-2021, 15:09
- 652
Doğum günün mübarək, Şəhidim! - VİDEO
Səsi, üzündəki məsum təbəssümü ilə ürəylərimizə həkk olunan, adı ilə dastana dönən şəhid Xudayar Yusifzadənin bu gün doğum günüdür. "Vətən yaxşıdır" deyən Xudayarın arzuları çox idi. Hər zaman vətən eşqi ilə ürəyi döyünən şəhidimizin bu gün onsuz keçən cənnətdəki ilk doğum günüdür. Yaşasaydı Xudayarın 23 yaşı olacaqdı.
"Hələ də Xudayarın yoxluğuna inana bilmirəm, çox ağırdır... Onun itkisi ilə barışmıram. Çox çətindir".
Bu sözləri News24.az-a açıqlamasında şəhid Xudayar Yusifzadənin qardaşı Məhəmməd Yusifzadə deyib.
"Səhər qardaşımın məzarını ziyarət elədik, indi isə ona ithaf etdiyimiz tədbirdəyik. Gözlər bu gün yalnız onu axarırdı. Xudayar ailəsi, dostları, əzizləri ilə ad günlərini qeyd etməyi çox sevərdi, amma bu gün o yoxdur. Hələ uşaq yaşlarından dost, qardaş anlamına çox böyük dəyər verirdi. Sizə deyim, Xudayar heç vaxt qohum-əqrabanın yanında, ailəsinin yanında mahnı oxumazdı, amma indi qardaşım səsi ilə hər kəsin ürəyində taxt qurub. Vətən sevgisi ona həmin mahnını oxumağa ilham verdi. Xudayarın arzuları çox idi. Hər zaman hərbdə olmağı, vətən uğrunda döyüşməyi xəyal edirdi. Cəsur idi, qorxmaz idi. Bir o qədər də zarafatçıl, deyib-gülməyi sevən idi. Elə sonuncu dəfə də mənimlə danışanda zarafatlaşıb sağollaşdı. O anda dediyi sözləri, gülüşünü hələ də qulağımdadır. Onun üçün çox darıxmışam".
Qeyd edək ki, Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilanın azadlığı uğrunda gedən gərgin döyüşlər zamanı Ağbənd istiqamətində şəhid olub.