Metronun "Ulduz" stansiyasında bir nəfər stansiya yoluna düşdü
    • 15-07-2021, 20:00
    • 1 426

Metronun "Ulduz" stansiyasında bir nəfər stansiya yoluna düşdü

“Metronun "Ulduz" stansiyasında orta yaşlı bir kişi stansiya yoluna düşüb”.

Bu barədə News24.az-a “Bakı Metropoliteni"nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib: “Hadisə saat 19.06-da olub. Həmin an stansiyaya “Dərnəgül- Həzi Aslanov" istiqamətində hərəkət edən qatar yaxınlaşıb. Qatar dayanıb, təlimat qaydalarına uyğun olaraq gərginlik xətdən ayrılıb, sərnişin stansiya yolundan çıxarılıb. Daha sonra qatar yola salınıb. Xətdə 11 dəqiqə yubanma yaranıb”.

B. Məmmədovun sözlərinə görə, ilkin məlumata əsasən, 22 yaşlı Şahlar Həsənov özünü pis hiss etdiyindən stansiya yoluna düşüb.