Müəllimlərin test imtahanının nəticələri açıqlandı
    • 17-07-2021, 10:15
    • 499

Müəllimlərin test imtahanının nəticələri açıqlandı

5-12 iyul tarixlərində keçirilən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinin nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən News24.az-a bildirilib ki, ibtidai sinif, fizika, informatika və riyaziyyat fənləri üzrə daxil olan apellyasiya müraciətlərinə baxıldıqdan sonra müvafiq nəticələr namizədlərin şəxsi səhifələrinə göndərilib.

Müsabiqənin növbəti - vakansiya seçimi mərhələsinin keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, hazırda müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir. İndiyədək imtahanlarda müxtəlif fənlər üzrə 20 000-dən çox namizəd iştirak edib.