Bakıda qanunsuz fəaliyyət göstərən 7 heyvan kəsimi məntəqəsi aşkarlandı
    • 17-07-2021, 15:09
    • 485

Bakıda qanunsuz fəaliyyət göstərən 7 heyvan kəsimi məntəqəsi aşkarlandı

16 iyulda Xətai rayonu üzrə keçirilən növbəti monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən 7 heyvan kəsimi və ət satışı məntəqəsinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onların qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.

Qida Təhlükəsizliyi Agentliyindən News24.az-a verilən məlumata görə, nöqsanlar aşkarlanan heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:

1. Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov 56 küçəsində yerləşən, fiziki şəxs Rüstəmov Rüstəm Səxavət oğluna məxsus heyvan kəsimi məntəqəsi;

2. Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi 10 küçəsində yerləşən, fiziki şəxs Qubadov Səid Yaşar oğluna məxsus heyvan kəsimi məntəqəsi;

3. Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Z.Yusifov küçəsində yerləşən, fiziki şəxs İmanov Vüsal Aqil oğluna məxsus heyvan kəsimi məntəqəsi;

4. Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Z.Yusifov 28 ünvanında yerləşən, fiziki şəxs Qasımov Qulu Əliş oğluna məxsus heyvan kəsimi məntəqəsi;

5. Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsində yerləşən, fiziki şəxs İsaqzadə Nicat Şaiq oğluna məxsus heyvan kəsimi məntəqəsi;

6. Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Z.Yusifov küçəsində yerləşən, fiziki şəxs İmanov Vüsal Aqil oğluna məxsus heyvan kəsimi məntəqəsi;

7. Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsində yerləşən, fiziki şəxs Səfərov Amil Fazil oğluna məxsus heyvan kəsimi məntəqəsi.