Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya təkrar seçkilər keçirildi
    • 17-07-2021, 19:06
    • 383

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya təkrar seçkilər keçirildi

Bu gün “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinın qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya təkrar seçkilər keçirilib.
 
News24.az xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında təşkil edilən seçkidə qeydə alınmış 43 vətəndaş cəmiyyəti institutunun namizədləri arasında keçirilmiş seçkidə 123 təşkilat səs vermədə iştirak edib.
 
Səslərin sayılması zamanı 3 seçki vərəqəsi etibarsız hesab edilib. Gərgin keçən mübarizə nəticəsində son 3 şəxs eyni səs topladığı üçün onlar arasında püşkatma keçirilib və yekun olaraq aşağıdakı şəxslər qalib elan olunublar:
 
 
Adı, soyadı, atasının adıNamizədliyini irəli sürmüş təşkilat
1Arif Məmmədov Aydın oğluAzərbaycan Karate-do Federasiyaları  Assosiasiyası
2Asim Vəliyev Nazimoviç"Gənclərin Töhvəsi" İctimai Birliyi
3Aynur Məmmədova Tofiq qızı"Əlilliyi Olan Uşaq və Gənclərin İdmana İnteqrasiyası" İctimai Birliyi
4Azad Mənaflı Əziz oğlu"İsmayıllı İntellektual oyunlar klubu" İctimai Birliyi
5Azər Əliyev Nurəddin oğlu"Gəncliyin Təşəbbüsü Maarifləndirmə" İctimai Birliyi
6Azər Əliyev Ruslan oğluAzərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası
7Cəsarət Əhmədov Mehman oğluAzərbaycan Qol Güləşi Federasiyası
8Coşqun Hidayətov Hikmət oğlu"Böyük Qayıdış" Gənclər Təşkilatı
9Elnur Alıyev Tahir oğluAğsu Futbol Klubu
10Elnur Məmmədov Mənəf oğlu“Autizm Assosiasiyası” İctimai Birliyi
11Hüseyn Əsgərli Asif oğlu"Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı" İctimai Birliyi
12İntiqam Cavanşir Yaşar oğluDünya Gənc Türk Yazarlar Birliyi
13Nigar Ələsgərova Elman qızı"Odlar Yurdu" Gənclər İctimai Birliyi
14Niyammədin Paşayev Vaqif oğluAzərbaycan Taekvondo Federasiyası
15Nuranə Şıxəliyeva Xanoğlan qızıAzərbaycan Alpaqut Federasiyası
 
Seçkinin nəticələri məlum olduqdan sonra, nazir müavini İntiqam Babayev çıxış edərək seçilənləri təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb. O İctimai Şura üzvlərindən yeni təşəbbüs və ideyaların gözlədiyini bildirib. Yeni tərkibdə formalaşmış İctimai Şuranın gənclərlə iş və idman sahəsində faydalı olacağına ümidvar olduğnu qeyd edib.