Azərbaycanda peyvənd olunanların sayı açıqlandı
    • 18-07-2021, 18:54
    • 380

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 869 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 499, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 370 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 357 356, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 580 819, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 776 537 təşkil edir.