"Az qalsın maşın körpüdən aşırdı" - ABBAS BAĞIROV
    • 19-07-2021, 15:41
    • 733

"Az qalsın maşın körpüdən aşırdı" - ABBAS BAĞIROV

Əməkdar artist Abbas Bağırov "Özəl" verilişinin qonağı olub.

News24.az xəbər verir ki, müğənni proqram əsnasında başına gələn hadisəni danışıb: "Dözəcəyəm" mahnısını ifa edəndə avtomobil qəzası keçirdim. Heç bunu valideynlərim də bilmir. Heç kimə deməmişəm. Elə bir stress keçirdim ki...Həmin avtomobildə Ayaz Qasımov, qardaşı və Murad Arif var idi. Çəkilişə gedirdik, bu mahnıya qulaq asırdıq. Sürətlə sürmürdüm. Körpünün üstündən keçirdim, elə bil kimsə arxadan avtomobili vurdu, maşın fırlandı, arxası qalxdı göyə havada qaldı, mühərrik isə körpüdə. Ayaz çox böyük stress yaşadı. Bir az artıq hərəkət etsək, maşın körpüdən aşağı düşəcəkdi. Bizi qolumuzdan tutub maşından çıxardılar".