Şəmkirdə su kanalında batan gəncin meyiti tapıldı - YENİLƏNDİ
    • 19-07-2021, 20:00
    • 415

Şəmkirdə su kanalında batan gəncin meyiti tapıldı - YENİLƏNDİ

Şəmkir rayon Mahmudlu kənd ərazisində su kanalında batan şəxsin meyti tapılıb.

Su kanalında batan, 1996-cı il təvəllüdlü İsmayılov Kamil Ramiz oğlunun meyti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

18:49
Şəmkir rayonunda yerli sakinin su kanalında batdığı güman edilir.
Rayonun Mahmudlu kəndində su kanalında çimən 1996-cı il təvəllüdlü İsmayılov Kamil Ramiz oğlu batdığı ehtimal edilir.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və xilas edicilər cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. /Report/