Bir qrup hərbi qulluqçu ehtiyata buraxıldı - Fotolar
    • 20-07-2021, 15:48
    • 402

Bir qrup hərbi qulluqçu ehtiyata buraxıldı - Fotolar

İyulun 20-də Dövlət Sərhəd Xidmətinin Vətən Müharibəsinin iştirakçısı olmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının Silahlı Qüvvələrin ehtiyatına buraxılması münasibətilə “Horadiz” sərhəd dəstəsində təntənəli tədbir keçirilib.

News24.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev də iştirak edib.