Beyləqanda şadlıq evlərində polis tərəfindən reydlər keçirildi
    • 21-07-2021, 13:59
    • 865

Beyləqanda şadlıq evlərində polis tərəfindən reydlər keçirildi

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının müvafiq dövlət orqanları ilə birgə keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində 2 şadlıq sarayında təşkil edilən toy mərasimində karantin rejiminin qayda və tələblərinin pozulduğu aşkarlanıb.

News24.az xəbər verir ki, rayon ərazisində fəaliyyət göstərən “Kral" və "Röya"  şadlıq sarayında aparılan yoxlamalar zamanı qonaqların müəyyən edilən say həddindən artıq olması, eləcə də mərasimə qatılan şəxslərin əksəriyyətinin COVID-19 pasportunun olmaması müəyyən edilib. Aşkarlanan qayda pozuntuları ilə bağlı qeyd edilən obyektlərin sahibləri İbad Aslanov və Ağaxan Hacıyev inzibati məsuliyyətə cəlb edilib və oblar 4 min manat məbləğində cərimələnib.

Həmçinin, qeyd edilən şadlıq saraylarında toy məclislərini karantin qaydaları çərçivəsində təşkil etməyən məclis sahibləri də inzibati məsuliyyətə cəlb edilərək 400 və 200 manat məbləğində cərimələniblər.

Beyləqan Rayon Polis Şöbəsini əməkdaşları tərəfindən müvafiq dövlət orqanları ilə birgə yaşadıqları evlərin həyətlərində toy məclisi təşkil edən şəxslər arasında da profilaktik yoxlama tədbirləri görülüb.Rayonun Örənqala qəsəbəsi, Eyvazalılar kəndi və digər inzibati əraazilərində keçirilən yoxlamalar zamanı analoji qayda pozuntularına rast gəlinib. Həmin toy sahibləri barəsində də qanunvericiliyə uyğun müvafiq tədbir görülüb, cərimə protokolları tərtib edilib.