Güzgülər, saatlar, lampalar və Damlalar... - VİDEO
    • 9-11-2018, 14:27
    • 971

Güzgülər, saatlar, lampalar və Damlalar... - VİDEO

Youtube.com göstəricilərinə görə bəzən birinci pillədə olan müğənni Damla rəngarəng kliplər silsiləsini davam etdirir.

İfaçı ötən gün “Dedilər” adlı mahnısına çəkilmiş ekran işini izləyicilərin ixtiyarına buraxıb. 
İlk baxışdan fərqli, eyni süjet xəttindən uzaq görünən klipdə Damla özü-özünü təkrarlayıb. İfaçının yaradıcılığı ilə yaxından maraqlananlar bilir ki, onun son üç klipi eyni ab-havada, rəngarəng çalarlardan ibarətdir. Baxmayaq ki, klip Qobustan, Mərdəkan, dəqiq desək, boz qayalıqlarda lentə alınıb. Damla parlaq rəngli geyimlərlə “Dedilər”ini də rəngarən kliplər siyahısına əlavə edib. 
Ümumilikdə, ekran işinə maraqlı demək olar. İfaçının pilləkənin zirvəsində oxuması müəllif təxəyyülünün nəticəsidir. Müəllifdən söz düşmüşkən, klipini rejissoruDelee Orucludur. Mahnı yenə də Elçin Məhhərovun iç dünyasından süzülüb. 
“Dedilər” dərhal youtube trendində yer alıb. Baxış sayı 1 günə 100 minə çatıb. 
O ki, qaldı ifaçının klipi haqda şərhinə,  o, bütün sualları 11 noyabr tarixində, “Taxta ayı” filminin təqdimat mərasimdən öncə keçiriləcək mətbuat konfransında cavablayacaq. 

Türkan Məmmədli