Tolikdən Sevil-Sevincə: "20 il də oxusanız Röyanın yanında dura biləcək müğənni olmayacaqsınız"
    • 15-07-2018, 16:13
    • 1 700

Tolikdən Sevil-Sevincə: "20 il də oxusanız Röyanın yanında dura biləcək müğənni olmayacaqsınız"

Xəbər verdiyimiz kimi, müğənnilər Sevil və Sevinc Səfərovalar “ATV maqazin” verilişinin qonağı olub. 

“Hit parad” rubrikasına çəkilən əkiz bacılar 10luqda xalq artisti Aygün Kazımovanı birinci edib. 

Daha sonra isə “Aygünə al da yaraşır, şal da. O nə etsə nömrə birdir. Ulduz belə olmalıdır. Çoxları xaricdə və Bakıda işlər görür. Sadəcə uğursuz alınır. Onlara necə nömrə bir demək olar?”

Sevil və Sevincin bu sözlərinə isə, ilk reaksiya prodüser Tarix Əliyevdən gəlib. 

O, şəxsi instagram hesabında bunları yazıb:

“Deyirəm ki, ay Röya, sən nə ağıllı qadınsan. Deyirsən ki, məndən danışmayın, çəkməyin, amma bu Aygünün fanatları ona yaltaqlanmaqdan bezmədilər! Mən burdan açıq deyirəm, Sevil-Sevinc siz deyildiz Moskvada Aygün Kazımovaya salam verməyən? O da sizə hər kəsin qarşısında “Tolik, bu uşaqlara de ki, ağıllı olsunlar! Məni başqaları ilə səhv salmasınlar". 

Daha sonra isə təyyarəyə minəndə Aygün Kazımovanı öpdünüz. Mənə dedilər ki, siz başqa müğənnini nəzərdə tutmusunuz. Amma əgər ürəyinizdən Röya keçibsə sizə bir məsləhət verim. Siz 20 il də oxusanız Röyanın yanında dayana biləcək müğənni olmayacaqsınız. 

Sizin uşaq fanatlarınız ki, sizi 1 milyon yarım edib, bu heç kimin fikrini dəyişmir. Necə ki, Aygünün fanatları verilişdə, radioda işləyib onu tərifləyir. Aygün və Röyanı sevən sevib. Sizə nə düşüb? Gündəm yoxdur? Belə ürəklisizsə ad çəkin. Yoxsa verilişdə dedilər ki, Röya qadağadadır haqıqında danışmaq olmaz?” 

Teymur Məmmədov