Bu il 321 cinayət işi üzrə kassasiya protesti verilib
    • 23-07-2021, 17:30
    • 398

Bu il 321 cinayət işi üzrə kassasiya protesti verilib

Azərbaycanda 2021-ci ilin birinci yarımilində 522 şəxs barəsində 424 cinayət işi üzrə qəbul edilmiş hökmdən və ya məhkəmənin digər qərarından apellyasiya protesti, 369 şəxs barəsində 321 cinayət işi üzrə qəbul edilmiş hökmdən və ya məhkəmənin digər qərarından isə kassasiya protesti verilib.

News24.az xəbər verir ki, bu barədə Baş Prokurorun müşavirəsində bildirilib.