Bakıda qeydiyyatlı maşınlara “77” seriyalı nömrə verilir
    • 24-07-2021, 11:14
    • 576

Bakıda qeydiyyatlı maşınlara “77” seriyalı nömrə verilir

"Bakı şəhərində qeydiyyatda olan nəqliyyat vasitələrinə yeni seriya nömrəsi verilir".

Bu barədə News24.az-a Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev məlumat verib.

DYP rəsmisi qeyd edib ki, ötən gündən etibarən Bakı şəhərində qeydiyyatda olan nəqliyyat vasitələrinə yeni “77” seriyalı şərti kodun verilməsinə başlanılıb.