"Varını dayanmadan gözə soxmaq, qızıl unitaza gətirib çıxardır" - MURAD ARİF

"Varını dayanmadan gözə soxmaq, qızıl unitaza gətirib çıxardır" - MURAD ARİF
ŞOU-BİZNES

27-07-2021, 11:47

Mətn ölçüsü

Müğənni-bəstəkar Murad Arifin sosial şəbəkədə yazdığı status diqqət çəkib.

News24.az
xəbər verir ki, o, lüks düşkünlərindən bəhs edib: "Hesab edirəm ki, lüks düşkünlüyü mənəvi kasıblıqdan irəli gəlir. El arasında "görməmişlik" deyirlər. Görmüsənsə, həyatda daha yüksək, mənəvi şeylər səni maraqlandırır. İmkan nədir. Rahatlıq. Ev, maşın, bağ rahatlıq üçündür. Varsa, gözəldir. Yoxdur, işlə qazan. Amma bütün canını daha çox qazanmağa fəda etmək, hər gün özünü daha bahalı göstərmək, marka düşkünlüyü, varını dayanmadan gözə soxmaq, qızıl unitaza gətirib çıxardır. Bütün günü dilənib, oğurluq edib, qızıl zəncir taxan adamları xatırlayın. Var-dövlətini nümayiş etmək, pis tondur, etiket və səviyyə problemidir".


Ülviyyə Musayeva Ülviyyə Musayeva