"Mənə çox təkliflər olub" - NAHİDƏ ORUCOVA
    • 28-07-2021, 10:41
    • 528

"Mənə çox təkliflər olub" - NAHİDƏ ORUCOVA

Əməkdar artist Nahidə Orucova "MTV Azərbaycan" kanalında yayımlanan "Üzə-düz" verilişində qonaq olub.

News24.az xəbər verir ki, aktrisa sənətə gəldiyi ilk günlərindən danışıb: "Mən sənətə gələndə valideyn dəstəyi görməmişəm. Çünki onlar istəmirdi mən sənətdə olum, aktrisa olum. Sənədlərimi mədəni-maarifə verirdim, rejissor olmaq istəyirdim. Bacım vaxtı ikən musiqiçi olub, atam deyirdi, evdə səhnədə olan bir şəxs bəsdir. Deyirdi, ikinci övlad prokuror, həkim başqa bir sahəyə getsin. Atamdan gizli İncəsənət universitetinə, dram-kino sənəti ixtisasına daxil oldum. O, bunu biləndə əvvəl onun sözündən çıxdığım üçün mənə əsəbləşdi. Amma sonradan məni efirdə görəndə fərəhlənirdi, qürur duyurdu! Mən ailəmi sənətimə qurban verdim. Şərt qoyulmuşdu, ya ailə, ya sənət. Sözsüz ki, mən sənəti seçdim, çünki özümü sənətsiz hiss etmirdim. Bu gün məni sənətim yaşadır".

Aktrisa söhbət əsnasında kişilərin ona qarşı olan sevgisindən də bəhs edib: "Kişilərin sevdiyi, seçdiyi xanımam. Mənə çox təkliflər olub, amma mən özümdə qadağa qoymuşam. Hər zaman kişi tərəfindən sevilib-seçilən qadın olmuşam. Onu da öz hörmətimlə qazanmışam. Xoşbəxt olmayan ailə tablosu və gizli eşq arasında seçimdə qalsaydım, gizli eşqi seçərdim. (gülür). Ürəyimdə o qədər gizli eşqlər olub ki... Amma özümdə saxlamışam, üzə vurmamışam. İlk dəfədir etiraf edirəm, düz gözünün içinə baxmışam. Yanımda olan kişi ağıllı, savadlı olmalıdır ki, mən bildiklərimdən də artıq öyrənim. Mənim üçün maddiyyat önəmli deyil. Əsas sevgidir!” Düzdür, yoldaşımla eyni sənətdə olmuşuq, çiyin-çiyinə çalışmışıq amma bu gün bir yerdə deyilik. Yəqin ki, biz bir-birimizi başa düşmədik!"