Sabiq nazir müavini qardaşı oğlunun toyunda belə oynadı - EKSKLÜZİV VİDEO/FOTO
    • 28-07-2021, 22:29
    • 1 228

Sabiq nazir müavini qardaşı oğlunun toyunda belə oynadı - EKSKLÜZİV VİDEO/FOTO

Bu gün Bakı restoranlarının birində Daxili İşlər nazirinin keçmiş müavini, polis general-leytenantı Əsgər Ələkbərovun qardaşı oğlu Naim Ələkbərovun toy mərasimi keçirilib.

News24.az xəbər verir ki, məclis 44 günlük Vətən Müharibəsində canları bahasına şücaət göstərərək  Azərbaycan xalqına qələbə sevinci yaşadan, Qarabağı bizə qaytaran şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Toyda qardaşı oğlunu təbrik edən sabiq nazir müavini  mərasimdə bütün karantin qaydalarına riayət olunduğunu bildirib və cütlüyə xoşbəxtlik arzulayıb. Məclisi gənc və istedadlı müğənni Nəsimi Məmmədov idarə edib.

Xüsusi qonaq qismində Respublikanın əməkdar artisti Abbas Bağırov, müğənnilər Ayaz Babayev, Hiss (Röya) və digərləri iştirak ediblər.

Sabiq nazir müavininin qardaşı oğlu Naim Ələkbərov Rəşidə adlı xanımla ailə həyatı qurub.