-
- 10-11-2018, 16:43
- 917
Xalq artistinin doğum günüdür
Bu gün Azərbaycan musiqiçisi, nağara ifaçısı, "Natiq" ritm qrupunun rəhbəri və Azərbaycanın xalq artisti Natiq Şirinovun doğum günüdür.
42 yaşı tamam olan N. Şirinov 10 noyabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1984-cü ildə 9 yaşlı Natiq Tofiq İsmayılov adına musiqi məktəbində Azər Əliyevin yanında nağara ifaçılığı üzrə dərs almağa başlamışdır. 1986-cı ildə daha çox bilik əldə etmək və çalğı məharətini təkmilləşdirmək üçün o, 6 nömrəli musiqi məktəbində təhsilini davam etdirmişdir.
Azərbaycan incəsənət tarixində məşhur olan Aşıq Şəmşir, Aşıq Şirin və Aşıq İdrisin nəslindən olan N. Şirinov 24 yaşında Azərbaycan Respublikasının Xalq Artisti, muğam ustası, xanəndə Alim Qasımovdan dəvət almış və peşəkar fəaliyyətə qədəm qoymuşdur. Bu qrup 1999-2007-ci illər ərzində bir çox müxtəlif ölkələrdə qastrol səfərlərində olmuşdur. Natiqin incəsənətə bəxş etdiyi tövhələr səhnədəki ifası ilə məhdudlaşmır. 2001-ci ildə o, beş nəfərdən ibarət “Natiq Ritm Qrupu”-nu yaradır. Nağaradan əlavə o, qədim Azərbaycan alətləri olan zurna, balaban və tütəyi qrupa daxil edir. Qrupun rəhbəri olmaqla yanaşı, o pedaqoq və bəstəkar kimi də fəaliyyət göstərməyə başlamışdır. Bu qrupu o, nağaranın Azərbaycana məxsus olduğunu sübut etmək, onu daha da təkmilləşdirmək, yeni ritmlər qurmaq, nağaranı başqa ölkələrdə sevdirmək məqsədi ilə yaratmışdır.
Azərbaycan ritmlərini nağarada genişləndirmək üçün 2002-ci ildə Natiq Moskva şəhərində, Hindistan konsulluğunda yerləşən tabla məktəbində dərs almağa və sonralar Azərbaycan ritmlərini dünya ritmləri ilə sintez etməyə başlamışdır. O, 2005, 2006, 2008 və 2009-cu illərdə keçirilən Zərb Alətləri festivalının prodüseri, möhtəşəm perkussiya ifaçısı Tofiq Cabarov tərəfindən festivalda iştirak etmək üçün dəvət almışdır.
Mənbə: //wikipedia
News24.Az