Türkiyə İraqda  terrroçuların  40-a yaxın mövqeyini məhv etdi
    • 30-07-2021, 12:29
    • 230

Türkiyə İraqda terrroçuların 40-a yaxın mövqeyini məhv etdi

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Gara, Hakurk, Zap bölgələrində terrorçuların hədəflərinin məhvi üçün hava əməliyyatı həyata keçirib.

News24.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri açıqlama yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində terrorçuların 40-a yaxın hədəfi məhv edilib.


Məlumata görə, bu terrorçuların bölgədəki varlığına ağır bir zərbədir.