Polisi döyən deputatla bağlı YAP-dan AÇIQLAMA
    • 30-07-2021, 15:00
    • 556

Polisi döyən deputatla bağlı YAP-dan AÇIQLAMA

“Baş vermiş hadisədən təəssüf hissi keçiririk”.

Bunu Yeni Azərbaycan Partiyasının (YAP) Mətbuat Xidmətinin rəhbəri Elməddin Quliyev polis əməkdaşını döyməkdə ittiham olunan deputat Eldəniz Səlimovun məsələsinə hakim partiyanın müvafiq orqanında baxılıb-baxılmayacağına münasibət bildirərkən deyib.

Elməddin Quliyev bildirib ki, deputatla bağlı məsələyə hüquqi qiymət veriləcək: “Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb. Məsələyə hüquqi qiymət verildikdən sonra münasibət bildiriləcək”. /Publika.az/