"Dirisindən əl çəkmədin, heç olmasa, ölüsünə dəymə" - Sevda Əliqızından Əli Mirəliyevə SƏRT TƏPKİ- VİDEO
    • 3-08-2021, 16:02
    • 647

"Dirisindən əl çəkmədin, heç olmasa, ölüsünə dəymə" - Sevda Əliqızından Əli Mirəliyevə SƏRT TƏPKİ- VİDEO

"Sözüm burdan Əli Mirəliyevədir. Bəs olmadı təhqirlərin, nə vaxta qədər bu davam edəcək? Nə vaxta qədər özünü şərəfsiz kimi aparacaqsan? Mənim sənə bir balaca hörmətim vardı, amma onu da silib apardın. Nəinki mənim, çox adamın hörməyini itirdin".

News24.az xəbər verir ki, bu sözləri müğənni Sevda Əliqızı "İnstagram"da Əli Mirəliyevin ünvanına deyib. O, Əli Mirəliyevin mərhum Xalq artisti Səməd Səmədov haqqında dediyi sözlərə münasibət bildirib: "Bu günə qədər Səməd haqqında ağzına gələni danışmsan. Ayıb deyil? Sən Səmədin evində oturmasan, onun çörəyini yemisəm. Səməd sənin evinə gəlib çörək kəsməyib. Nə verib ala bilmirsən Səməddən? Nə istəyirsən ondan? Sən də artıq 70-i haqlamısan. Öləndə nə aparacaqsan özünlə? İnsan öləndə özü ilə rəhmət aparır, başqa heç nə. Sağlığında Səməd haqqında nələr söylədin, onu yıxıb-sürüdün. Öləndən sonra heç olmasa "Allah rəhmət eləsin" deyərdin. Niyə ailəsi haqqında pis-pis şeylər danışırsan? Deyirsən ki, həyat yoldaşı onu qoyub gedib. Xeyr, mən bu ailənin içində olduğuma görə hər şeyi çox gözəl bilirəm. İradə xanım çox gözəl həyat yoldaşı olub. İllər boyu Səmədin qayğısına qalıb. Bacısı Türkiyədə yaşayır, onun yanına gedən zaman dəfələrlə Səmədə dedi ki, şou proqramları, toyları at, gəl, mənimlə gedək, burada qalma, mən səni tək qoymaq istəmirəm. Səməd isə and-aman elədi ki, yaxşıyam, sağlamam, sən get. Niyə bilmədiyin şeyi danışırsınız? Ay Əli, sən özün hansı milliyyətin nümayəndəsisən, bunu bilirsən? Azərbaycanlı ölənin dalınca belə mundar-mundar şeylər danışmaz. Sən Səmədə danışıq öyrətmisən? Sən kimsən? Pedaqoq və ya dilçisən? Səməd rusdilli idi. Burada nə var ki? Mən özüm də rusdilliyəm, bəzən çaşıb sözü Azərbaycan dilində deyə bilmirəm. Biz sovet dövrünün insanlarıyıq, rusdilli məktəbi qurtarmışıq. Sənin rus dili bilməməyin bizim təqsirimiz deyil ki? Bir dəfə onu erməni adlandırdın, ikinci dəfə cuhud. Səməd "korennoy" şamaxılıdır, özü də onun milliyyəti adından bəllidir: Ağasəməd, şəxsiyyət vəsiqəsində də elə yazılıb. Sən gəlib onun qəbri üstündə göz yaşı tökürsən, üç gün keçəndən sonra isə arxasınca danışırsan. Ayıb deyil? Bu kişiliyə yaraşandırmı? Dirisindən əl çəkmədin, heç olmasa ölüsündən əl çək. Səməd sən başda olmaqla çox adama yardım edib".