Amina yeni işini təqdim etdi - VİDEO
    • 5-08-2021, 15:08
    • 766

Amina yeni işini təqdim etdi - VİDEO

Son illərdə bir çox hit mahnıların ifaçılarından olan müğənni Amina Şirinqızı yaradıcılığını uğurla davam etdirir.

News24.az xəbər verir ki, ifaçı bir müddət əvvəl “İstəyirəm” adlı mahnısını təqdim edib. İş sosial mediada bir neçə həftə ərzində maraqla qarşılanıb. Müğənni bu işində həyatın reallıqlarına, insanlar arasındakı anlaşılmazlıqlara, sosial bərabərsizliyə toxunub.

Musiqi və sözləri Murad Zeynala, aranjimanı Elvin Musayevə aid "İstəyirəm" Emin Əliyev tərəfindən ekranlaşdırılıb. Sənətçi klipdə iki fərqli obrazda çıxış edib.

Qeyd edək ki, "Aypara"qrupunun keçmiş solisti olan Amina Şirinqızı 2 il əvvəl Xalq artisti Röya Ayxanla birlikdə ifa etdikləri “Yaz ayları” mahnısıyla geniş kütlə tərəfindən tanınıb. Müğənni tez bir zamanda bir birinin ardınca hitlərə imza atdı. Aminanın repçi PRoMete  ilə ifa etdikləri “Ayıb“, “Görmədim”, "Kimlərə qaldı dünya” kimi mahnıları da qısa zamanda milyonlarla baxış yığıb.

Xatırladaq ki, Amina tanınmış bəstəkar Vaqif Gərayzadənin ən istedadlı tələbələrindən sayılır. O bəstəkarın ən uzun müddət çalışdığı tələbəsi olub. Sənətçi müəllimi Vaqif Gərayzadə ilə bir çox ölkələrdə konsert proqramı ilə çıxış edib. Bu, Əminə üçün böyük təcrübə, eyni zamanda bir məktəb olub.

Amina Şirinqızı tezliklə yeni və fərqli layihələrini təqdim edəcəyini açıqlayıb.