Ötən ay sosial müavinət və təqaüd alanların sayı açıqlandı
Sosial
2021-ci ilin iyul ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 688 min nəfərdən çox olub.
Bu barədə News24.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Onlardan 392 min nəfərdən çoxu müavinət, 296 min nəfərdən çoxu isə təqaüd alıb.