"Ən böyük dayağım, varlığım bu dünyadan, yanımdan gedəndən sonra..." - XATUN
    • 9-08-2021, 10:27
    • 621

"Ən böyük dayağım, varlığım bu dünyadan, yanımdan gedəndən sonra..." - XATUN

Müğənni Xatun Əliyevanın "İnstagram"da etdiyi sonuncu paylaşımı diqqət çəkib. 

News24.az xəbər verir ki, ifaçı ona dəstək olanlara təşəkkürünü bildirib: "Dərd bir əlimdən tutub aşağı çəkdikcə, enməyə qoymayıb digər əlimi siz tutdunuz. Bir ayağım heysizlikdən büküldükcə, digər ayağımı yıxılmağa qoymayıb taqətim oldunuz. İçimi kədər atəşi bürüdükcə, o odu varlığınızla soyutdunuz. Ən böyük dayağım, varlığım bu dünyadan, yanımdan gedəndən sonra, dünya boyda yanımda durdunuz. İndi sizə, sevginizə güvənib, sevginizdən güclənib sizinləyəm. Kədər bürümüş üzümün üzərinə çəkdiyiniz bu təbbəsümə görə də sizə təşəkkür edirəm. Səsim, nəğmələrim sizə fəda. Çox minnətdaram hamınıza. Bu çətin vaxtlarımda mənə ən çox dəstək olan elə sevənlərim oldu. Mən də sizi sevirəm".