Gəncədə narkotik bitkilər becərməkdə şübhəli bilinən şəxs saxlanıldı
    • 9-08-2021, 11:06
    • 287

Gəncədə narkotik bitkilər becərməkdə şübhəli bilinən şəxs saxlanıldı

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cianyət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Elçin Məmmədovun fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Baxış zamanı oradan ümumi çəkisi 25 kq 965 qram olan 17 ədəd çətənə kolu aşkar olunub. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını özü şəxsi istifadə məqsədi ilə becərdiyini bildirib.

Faktlarla bağlı ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.