-
- 9-08-2021, 18:16
- 416
Türkiyə məzunlarından yardım kampaniyası
“Türkiyə məzunu ziyalılar və iş insanları platforması” Türkiyədə baş verən meşə yanğınları səbəbilə yardım kampaniyası başladıb.
News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, kampaniyanın məqsədi iki ölkənin qardaşlığını, birliyini nümayiş etdirmək və yanğından zərər çəkən bölgəyə və vətəndaşlara maddi dəstək olmaqdır. Sözügedən platformanın təmsilçiləri bağışladıqları fidanlarla gələcəkdə meşələrin bərpası prosesində də iştirak etmək niyyətindədirlər.
Bildirək ki, yardımın ilk mərhələsi başa çatıb və 100 min lirəlik məbləğində yardım qəbzini məzunlardan olan Vüqar Novruzoğlu və Gülşen Vəlizadə Antalya valisi Ersin Yazıcıya təqdim edib. Növbəti plan Manavqatın yanmış meşə sahəsində 10 min ağaclıq xatirə meşə layihəsini həyata keçirməkdən ibarətdir.