Yunanıstan XİN Azərbaycana təşəkkür etdi

Yunanıstan XİN Azərbaycana təşəkkür etdi
SİYASƏT / Dünya

9-08-2021, 18:32

Mətn ölçüsü

Yunanıstan Xarici İşlər Nazirliyi ölkədə irimiqyaslı meşə yanğınları ilə mübarizədə dəstəyə görə Azərbaycana təşəkkür edib.

News24.az-ın məlumatına görə, bu barədə Yunanıstan XİN-in "Twitter" səhifəsində yazılıb.

Qeyd edək ki, Yunanıstanda 10 gündən artıq müddətdə 47 dərəcəyədək anomal istilər qeydə alınıb. Bununla əlaqədar ölkədə 154 meşə yanğını baş verib. Təkcə son sutka ərzində 98 yeni yanğın başlayıb. /Trend/