Bu il 41 milyon manatdan çox ziyanın ödənilməsi təmin edilib
    • 10-08-2021, 10:00
    • 323

Bu il 41 milyon manatdan çox ziyanın ödənilməsi təmin edilib

2021-ci ilin I yarımili ərzində prokurorluq orqanlarında istintaq edilərək tamamlanan cinayət işləri üzrə 41 milyon 72 min 985 manat məbləğində ziyanın ödənilməsi təmin edilib.

Bu barədə News24.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir. Bu günün rəqəmi isə 41072985-dir.

Bildirilib ki, 2021-ci ilin I yarımili ərzində prokurorluq orqanlarında istintaq edilərək tamamlanan cinayət işləri üzrə 41 milyon 72 min 985 manat məbləğində ziyanın ödənilməsi təmin edilib