Prezident bu rayonlara pul ayırdı - SƏRƏNCAM
    • 10-08-2021, 15:02
    • 355

Prezident bu rayonlara pul ayırdı - SƏRƏNCAM

Prezident İlham Əliyev Balakən, Qax, Şəki və Zaqatala rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

News24.az xəbər verir ki,xəbər verir ki, Sərəncama əsasən, Balakən, Qax, Şəki və Zaqatala rayonlarının əhalisi 93014 nəfər olan 26 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 28 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,96 milyon (bir milyon doqquz yüz altmış min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Balakən, Qax, Şəki və Zaqatala rayonlarında qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı

Sıra

№-si

Rayonun

adı

Quyuların

sayı, ədəd

Yaşayış məntəqələrinin adı

Əhalinin sayı, nəfər


Balakən

6

Gərəkli kəndi

3658

Hənifə kəndi

4759

Qaracabinə kəndi

287

Qullar kəndi

5545

Talalar kəndi

3593

Tülü kəndi

6548


Qax

7

Ağyazı kəndi

630

Amanlı kəndi

170

Cəlayir kəndi

1626

Güllük kəndi

2635

Qaratala kəndi

598

Şıxlar kəndi

267

Tasmalı kəndi

1728


Şəki

8

Baş Zəyzid kəndi

5472

Çapağan kəndi

353

İbrahimkənd kəndi (2 quyu)

798

Kiçik Dəhnə kəndi

9331

Küdürlü kəndi

570

Şəki şəhəri (121-ci kvartal)

2000

Vərəzət kəndi

2038


Zaqatala

7

Aşağı Tala kəndi (2 quyu)

7372

Danaçı kəndi

7931

Əliabad qəsəbəsi

11236

Lahıc kəndi

2105

Muğanlı kəndi

3020

Yuxarı Tala kəndi

8744

Cəmi:

28

26

93 014