Qəbələdə dağlıq ərazidə yanğın - Helikopter cəlb olundu
    • 11-08-2021, 10:07
    • 436

Qəbələdə dağlıq ərazidə yanğın - Helikopter cəlb olundu

Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb.

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən, təqribən 4 ha sahədə quru ot və kol-kos yanır.

Yanğının söndürülməsini sürətləndirilmək məqsədilə FHN-in Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.