-
- 12-08-2021, 17:21
- 709
"Qısqanmaq, paxıllıq etmək, müqayisə etmək..." - AYSEL ƏLİZADƏ
Müğənni Aysel Əlizadənin "İnstagram"da yazdığı status diqqət çəkib.
News24.az xəbər verir ki, Aysel paylaşımında dostluq münasibətlərindən yazıb: "Bu həyatda hər kəs öz yolunu gedir, öz yarışını oynayır zamanında. Hər şey çox tərəfli və bir mənalı deyil. Fərq zamandadır. Dərindən düşünsək, bu dünyada hər hadisənin öz saat qurşağı var. Dostlarınız sizdən öndə ola bilər. Kimisi isə çox geridə qala bilər. Bu çox təbiidir. Hər insanın bu saat qurşağında öz distansiyası var! Qısqanmaq, paxıllıq etmək, müqayisə etmək lazım deyil".