Bakıda restoranda yanğın oldu
    • 14-08-2021, 09:11
    • 363

Bakıda restoranda yanğın oldu

Bakı şəhərində restoranda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) News24.az-a verilən məlumata görə, Nərimanov rayonunda ümumi sahəsi 658 m² olan restoran kimi fəaliyyət göstərən ikimərtəbəli tikilinin birinci mərtəbəsində yerləşən mətbəxdə 4 ədəd soyuducu qismən yanıb. Tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.