Neftin qiyməti sürətlə düşməyə davam edir

Neftin qiyməti sürətlə düşməyə davam edir İqtisadiyyat
Dünya bazarında neftin qiyməti düşməyə davam edir.

London birjasında “Brent” markalı xam neftin yanvar fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 16:35-ə olan məlumata görə, 1,74% azalaraq 68,90 dollar/barel olub.Bu, bu ilin aprel ayının 9-dan bəri minimum qiymətdir.
Nyu-York birjasında WTI markalı xam neftin dekabr fyuçerslərinin qiyməti 1,92% geriləyərək 58,78 dollar/barel təşkil edib.Bu isə fevralın 14-dən bəri ən aşağı qiymətdir.
Neftin qiymətinin azalmasının sürətlənməsi ABŞ Prezidenti Donald Trampın bəyanatları və bu gün OPEC-ın aylıq hesabatını açıqlaması ilə əlaqələndirilir.

//Repost