Kəlbəcərdə maşın yoldan çıxıb aşdı - Yaralılar var
    • 14-08-2021, 23:51
    • 624

Kəlbəcərdə maşın yoldan çıxıb aşdı - Yaralılar var

Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib.

News24.az  APA-ya istinadən xəbər verir ki, rayonun ərazisində hərəkətə olan “NİVA” markalı minik avtomobili idarəetməni itirib.

Nəticədə, minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan üç nəfər müxtəlif bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, qəzaya düşənlər Kəlbəcərdə ermənilər tərəfindən dağıdılmış ərazidə işləməyə gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır.