Murad Arif yayın ikinci işini təqdim etdi - VİDEO - FOTOLAR
    • 16-08-2021, 13:19
    • 709

Murad Arif yayın ikinci işini təqdim etdi - VİDEO - FOTOLAR

Müğənni Murad Arif yay ayı üçün ikinci işini sevənlərinə təqdim edib.

News24.az xəbər verir ki, ifaçı ilk dəfə türk dilində olan "İçin-için" adlı sinqlını buraxıb. Musiqisini Murad Arif özü, sözlərini isə Fərid Mərdlə birgə yazıb. Aranjimanı isə Elvin İmanov edib. 

Murad ərsəyə gələn işin yayın həzin sonu üçün iddialı trek olduğunu qeyd edib. Klipin rejissorluğu Doktor Nicat (Nicat Zeynallı) edib. Ekran işində iki sevənin problemli münasibətləri əks olunub. Çəkilişlər  Balaxanı və Bakının mərkəzi küçələrində baş tutub.