-
- 13-11-2018, 18:40
- 1 212
Mübariz Mənsimov yazdı, şəhid anasına hörmətsizlik edən cəzalandırıldı
Lənkəran rayonunda şəhid ailəsinə hörmətsizlik edildiyi ilə bağlı mətbuatda məlumat yayılmışdı.
“Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov da məsələyə münasibət bildirib.
Mübariz Mənsimov bildirib ki, şəhid anasını qapıdan qovan namərdin damarlarından onun millətinin qanı axa bilməz:
“Acı reallıqdır ki, bəziləri insanları minib çapmağı, oğurluğu, yalanı həyat norması hesab edib. Oturduqları kreslodan güc alanlar insanlıqdan özlərini elə məhrum ediblər ki, kiçik beyinlərindəki xam xəyalları dünya hesab edirlər. Bu dünyada tək güc Uca Allahdır və o, bu zülmü cavabsız qoymaz. Şəhid anasına edilən bu sayğısızlıq, bu münasibət qarşısında susan dilsiz şeytandır.
O anaya ki, oğlu şəhid olmuş. Şəhid övladının qoxusunu aldığı nəvəsini əməliyyat etdirmək üçün qapı-qapı gəzir. Ürəyində dəlik olan iki yaşlı uşağın qurtulması üçün döymədiyi qapı qalmayıb. Ona dəstək olmaq əvəzinə, qapısından qovan namərdin damarlarından mənim millətimin qanı axa bilməz. Ey qafil, sən o kürsüdə oturursansa, müstəqillik uğrunda şəhid və qazi olan ərlərimizə borclusan. Bəlkə içimizdəki ermənilərdənsən ki, şəhid anasını təhqir etməyə özünü borclu bilirsən. Ancaq kim olursan ol, bu millətin şəhid anasına həqarəti əsla sənə bağışlamayacaqdır. Bu millətin çörəyi fitil-fitil burnundan bir gün gələcəkdir. Ya bir gün tez, ya bir gün gec. Ancaq ədalət mütləq təcəlli edəcəkdir. İnşAllah o balamızı da daha gözəl həyat qarşıda gözləməkdədir”.
Иaş vermiş hadisəyə münasibətlərdən sonra həmin şəhid anası Qaradağ rayon icra hakimiyyətinə dəvət edilib və bütün problemləri həll edilib.
Mənbəmizin məlumatında deyilir ki, şəhid anasına qarşı təhqiramiz münasibət sərgiləyən şəxs icra hakimiyyəti tərəfindən cəzalandırılıb.
//Yenicag.az