Hulusi Akar Əfqanıstandakı vəziyyətlə bağlı müşavirə keçirdi
    • 16-08-2021, 17:37
    • 498

Hulusi Akar Əfqanıstandakı vəziyyətlə bağlı müşavirə keçirdi

Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılığı ilə Əfqanıstandakı son vəziyyətin müzakirəsi üçün müşavirə keçirilib.

News24.az “TRT Haber”ə istinadən xəbər verir ki, müşavirə videokonfrans formatında gerçəkləşdirilib.

Müşavirədə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yaşar Gülər, Hərbi Hava Qüvvələrinin komandanı Hasan Küçükakyüz, həmçinin Əfqanıstandakı Türkiyə hərbi missiyasının komandanı iştirak edib.

Bildirilib ki, Türkiyə hərbçilərinin təhlükəsizliyi prioritet təşkil edir. Əfqanıstandakı son vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb, hadisələrin inkişafının izləndiyi vurğulanıb.

-->