87 iş üzrə ittiham aktı geri qaytarıldı
    • 17-08-2021, 10:31
    • 282

87 iş üzrə ittiham aktı geri qaytarıldı

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir. 

Baş Prokurorluğun Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, bu günün rəqəmi isə 87-dir. 

Belə ki, 2021-ci ilin yanvar-iyul ayları ərzində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlar tərəfindən 87 iş üzrə ittiham aktı təsdiq edilməyərək istintaqın davam etdirilməsi üçün geri qaytarılmışdır.   Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.