"Peyvənd avtomobildə olan təhlükəsizlik kəməri kimidir" - Şahmar Mövsümov
    • 20-08-2021, 11:58
    • 256

"Peyvənd avtomobildə olan təhlükəsizlik kəməri kimidir" - Şahmar Mövsümov

"Peyvənd avtomobildə olan təhlükəsizlik kəməri kimidir. Bu kəməri taxmaq o demək deyil ki, siz qəzadan tamamilə sağ çıxacaqsınız. Bu, 100 faiz deyil. Ancaq sizi qəzadan az xəsarətlə xilas etmə şansı böyükdür".

News24.az-ın məlumatına görə, bu fikirləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.