Rejissordan teatrların açılmamasına etiraz: "Bizi səhnədən məhrum etdiniz!"
    • 20-08-2021, 14:05
    • 464

Rejissordan teatrların açılmamasına etiraz: "Bizi səhnədən məhrum etdiniz!"

Tanınmış rejissor və aktyor Nicat Kazımov sosial şəbəkədə teatrların açılmaması ilə bağlı etirazını bildirib: "Bəsdir, bizi səhnədən məhrum etdiniz. Teatrları açın!" 

News24.az xəbər verir ki, sənətçi paylaşımında "Yəni doğrudanmı xəstəliyi yalnız teatrlar yayır? Nə futbol, nə ticarət mərkəzləri, nə metro teatr qədər təhlükəli deyil? Əslində isə brifinq keçirənlərin millət üçün teatrın nə qədər lazımlı olmasından xəbərləri yoxdur" deyə qeyd edib.


Xatlrladaq ki, Operativ Qərargahın bu gün keçirilən brifinqində Prezidentin köməkçisi - Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov  teatrların açılması məsələsinin müzakirə edilə biləcəyini deyib: “Teatr və kinoteatrların fəaliyyəti hələ ki, məhduddur. Epidemioloji vəziyyət imkan verərsə, onların da fəaliyyət göstərməsi müzakirə edilə bilər”.