-
- 20-08-2021, 14:21
- 473
Qaxda mərasim evinin rəhbərliyi məsuliyyətə cəlb olundu
Qax şəhəri, Azərbaycan prospektində fəaliyyət göstərən mərasim evində keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.
Bu barədə News24.az-a AQTA-dan bildirilib. Məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.
Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.